SON XƏBƏRLƏR

Təbrizdə susuzluq hökm sürür: “Dəstəmaz yerinə təyəmmüm alınır” – FOTO

2021.10.20, 07:36
Təbrizdə susuzluq hökm sürür: “Dəstəmaz yerinə təyəmmüm alınır” – FOTO

Gunaz.tv

GünAz TV: son günlərdə Təbrizin müxtəlif bölgələrində şəhər suyu tez-tez kəsilir. Artıq əhali 12 saatlıq su kəsilməsinə də şahid olublar.

 

Məlumata görə, yerli məsullar problemə laqeyd yanaşırlar. Onlar hətta əhaliyə su tankerləri ilə də su çatdırmırlar.

 

Təbrizdən gələn məlumatlara görə, xəstəxana və evlərdəki xəstələr və uşaqlarda olduqca su problemindən əziyyət çəkirlər. Hətta məscidlərdə də su yoxdurş namaz qılanlar isə dəstəmaz almağa su tapmadıqlarından təyəmmüm almağa məcbur olublar.

 

Aşağıdakı şəkillərdə göründüyü kimi İslam İnqilab Keşikçilər Korpusunun (SEPAH) əməkdaşları bir “toyota” avtomobili vasitəsi ilə Təbrizin bir məntəqəsində əhaliyə su çatdırır.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar