SON XƏBƏRLƏR

Sel Güney Azərbaycan şəhərlərinə xəsarət vurub, 3 nəfər həyatini itirib

2021.10.20, 07:36
Sel Güney Azərbaycan şəhərlərinə xəsarət vurub, 3 nəfər həyatini itirib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Makı, Çaldıran, Şot, Poldəşt şəhərləri və ətraf kəndlər sel sularından xəsarət alıblar.

 

Bu barədə İranın Nicat və İmdad Təşkilatının rəisi məlumat verib.

Mahmud Müzəffərinin sözlərtinə görə, hadisə nəticəsində 12 nəfər ölüm təhlükəsindən qurtarılıb ancaq təəssüflə 3 nəfəri qurtarmaq mümkün olmayıb və onlar həlak olublar.

 

Mahmud Müzəffəri “Mehr” xəbər agentliyinə bildirib ki, iki gün öncə Makı, Çaldıran, Şot və Poldəşt şəhərlərində ortaya çıxan sel bölgəyə çoxlu ziyan vurub. Hadisə nəticəsində 50 kənd xəsarət alıb, 40 kənd evi təxrib olub, 2 körpü dağılıb və bir neçə kəndin yolu kəsilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar