SON XƏBƏRLƏR

Ayhan Dəmirçi: ”İran rejimi Azərbaycan türklərinin milli iradəsi ilə barışmalıdır”

2021.10.20, 07:36
Ayhan Dəmirçi: ”İran rejimi Azərbaycan türklərinin milli iradəsi ilə barışmalıdır”

Gunaz.tv

GünAz TV: İran rejimi Azərbaycan türklərinin milli iradəsi ilə barışmalıdır. Bu sözləri GünAz TV mətbuat mərkəzinə Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi bildirib.

 

“İndi dünya insan hüquq və haqlarının önəm verdiyi bir dövrə qədəm qoyur. Ərəb dünyasında böyük dəyişiklik müşahidə olunur və insanlar azad yaşamaq istəyirlər. Dəyişmək istəməyən və demokratik dəyərləri özlərindən uzaq tutan rejimlər mütləq gedəcəklər. Dəyişiklik dalğası İranı da vuracaq. Xüsusilə, İranda siyasi dəyişikliyin baş verməsi və ölkədə demokratik sistemə keçidin əsası Azərbaycan türklərinin haqlarının tanınmasından keçir. Bunsuz İranda dəyişikliklərin baş verməsi mənasızdır. Çünki Azərbaycan türkləri ölkənin siyasi-ictimai və iqtisadi həyatında böyük gücə malikdir. Azərbaycan türklərinin kənarda saxlanılması və onlara öz haqlarının verilməməsi İranı daima  gərgin vəziyyətdə saxlayacaq. Bunun üçün İran rejimi xalqımızın haqlı ilə barışmalı və onların hüquqlarını tanımalıdır”-deyə, Ayhan Dəmirçi qeyd etdi.

Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar