SON XƏBƏRLƏR

İranda daha 30 nəfər asılıb

2021.10.20, 07:36
İranda daha 30 nəfər asılıb

Gunaz.tv

GünAz TV: İranda narkotik (müxəddir) maddələrin satışında və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 30 nəfər dar ağacından asılıb.

Hadisə bir neçə gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  məhbuslar iki mərhələdə Məşhəd şəhərinin Vəkilabad zindanında asılıblar.

Edamın günü və saatı ölümə məhkum edilənlərin ailə üzvlərindən və vəkillərindən gizli saxlanıb və onlar əvvəlcədən bu barədə məlumatlandırılmayıb.

Edam edilənlərin kimliyi barədə məlumat yayılmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar