SON XƏBƏRLƏR

Novruz Məmmədov: “Ermənilər diz çöküb yalvaracaqlar”

2021.10.20, 07:36
Novruz Məmmədov: “Ermənilər diz çöküb yalvaracaqlar”

Gunaz.tv

GünAz TV: Ermənistan öz yanlış siyasəti ilə yaxın gələcəkdə Qafqaz regionunda (bölgədə) elə bir vəziyyətə düşə bilər ki, gəlib Azərbaycan rəhbərlərinin qarşısında diz çökər, yalvarar, hətta, Qarabağdan əlavə öz torpaqlarını da verərlər.

Onlar buna gedərlər və deyərlər ki, bəs bizimlə işiniz olmasın, gəlin burada qonşu olaq, birgə yaşayaq.

Bunu Gün.Az-a açıqlamasında Prezident Administrasiyasının (nəhade riyasəte cümhuri) beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dilə gətirib.

PA (Prezident Administrasiyası) rəsmisinin dediyinə görə, ermənilər bunu tarixən dəfələrlə ediblər, yenə də edəcəklər.

“Bizim bir məşhur atalar məsəlimiz var: it araba kölgəsində yatır, elə bilir öz kölgəsidir. İndi bunlar da yeri gələndə gözləri kor, qulaqları kar olur və özlərini kölgəsi olan hesab edirlər, başlayırlar əl-qol atmağa. Sabah situasiya (vəziyyət)  dəyişsə, həmin an diz çökəcəklər. Bunu ermənilərə bir vaxt prezidentləri olan Levon Ter-Petrosyan da deyib. Deyib ki, imkanımız var, bu məsələni ədalətli həll etsək, udarıq, yoxsa elə bir vaxt gələr ki, göz yaşı töküb yalvarsaq da, heç kim güzəştə getməz.

Söhbət bundan gedir ki, bu dəfə də ermənilər öz məkrli niyyətlərindən əl çəksələr, onların da xeyrinə olar. Yəni, bu münaqişənin həlli ilə bağlı irəliləyiş ola bilər” - deyə, PA rəsmisi sonda sözlərinə əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar