SON XƏBƏRLƏR

Suriyada bir gündə 32 nəfər nümayişçi qətlə yetirilib

2021.10.20, 07:36
Suriyada bir gündə 32 nəfər nümayişçi qətlə yetirilib

Gunaz.tv

GünAz TV: Suriya təhlükəsizlik qüvvələrinin cümə günü etiraz aksiyalarını (yürüşləri) yatırtması zamanı 32 dinc sakin qətlə yetirilib.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Bu barədə Suriya müxalifətçiləri məlumat veriblər. Təkcə 23 nəfər paytaxt Dəməşqdə həlak olub.

 

Beləliklə, ötən cümə günü Bəşər Əsədin istefası tələbi ilə keçirilən etiraz aksiyaları dönəmində ən qanlı gün kimi tarixə düşüb.

 

Müxalifət lideri Valid Bunin isə Reuters-ə «Milli qurtuluş» konfransının təxirə salındığını bildirib. Müxalifət bu addımı təhlükəsizlik qüvvələrinin qəddarlığına qarşı atıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar