SON XƏBƏRLƏR

Səddam Hüseynin qardaşları da asılacaq

2021.10.20, 07:36
Səddam Hüseynin qardaşları da asılacaq

Gunaz.tv

GünAz TV: Keçmiş hökumətin 5 üzvü edam olunacaq.

ABŞ (Amerika Birləşmiş Ştatları) qüvvələrinin dünən İraq rəsmilərinə təslim etdiyi, aralarında İraq lideri Səddam Hüseynin iki ögey qardaşının da olduğu keçmiş rejimin 5 yüksək vəzifəli şəxsinin bir ay içində edam olunacağı bildirilib.

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, İraq Ədliyyə Nazirliyinin sözçüsü ədliyyə naziri Həsən Əl Şammarinin həftənin əvvəlində Prezident Şurasını ziyarət etdiyini və edam cəzalarının təsdiqlənməsinin gecikdirilməməsi məsələsində anlaşdıqlarını söyləyib.

Sözçü deyib ki, Prezident Şurasının beş gün içərisində bu cəza qərarını təsdiqləməsi gözlənilir. Müxtəlif cinayətlərdə suçlanan şəxslər bir ay ərzində edam olunacaqlar. Onların Səddam Hüseynin iki ögey qardaşı - Vatban İbrahim Həsən və Sabai İbrahim Əl Tiqriti də var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar