SON XƏBƏRLƏR

Təbriz şəhərində su problemi yaşanır

2021.10.20, 07:36
Təbriz şəhərində su problemi yaşanır

Gunaz.tv

GünAz TV: Ən yağışlı ildə Təbriz şəhərinin  bir çox məntəqəsində şəhər suyu ardıcıl kəsilir.

 

Havaların olduqca isti keçdiyi bir dönəmdə Təbriz əhalisi suyun davamlı olmamasında çoxlu əziyyət çəkirlər. Xüsusi ilə bu problem səhiyyə xidmətləri olduğu məntəqələrdə daha çox gözə çarpır.

 

Su və kanalizasiya (fazlab) şirkətinin yerli məsulları öncədən bildirmədən, gözlənilməz bir şəkildə suyu kəsir və əhalini çətinliyə salırlar.

 

Xatırladaq ki, Təbriz şəhəri çox yağışlı bir coğrafiyada yerləşir. Buna baxmayaraq bu şəhər illərdir su böhranı ilə üz-üzədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar