SON XƏBƏRLƏR

İran və Yaponiya (Japon) arasında kran (cərəssəqil) qalmaqalı

2021.10.20, 07:36
İran və Yaponiya (Japon) arasında kran (cərəssəqil) qalmaqalı

Gunaz.tv

GünAz TV: Yaponiya (Japon) İrana qarşı etirazını bildirib. Tərəflər arasında yaranan narazılığa səbəb İranın Yaponiya şirkətindən aldığı qaldırıcı kranları (cərəssəqilləri) ictimai edamlarda istifadə etməsi olub.

“Nüvəli İrana qarşı Birlik” təşkilatının rəhbəri Mark Uolles "Los Angeles Times” qəzetində İranla bağlı məqalə yerləşdirib. Məqalədə yazılıb ki, Yaponiyanın "Tadano” şirkəti İrana qaldırıcı kran tədarük edən firmalardan biridir və İslam ölkəsi vətəndaşlarını asmaq üçün bu kranlardan istifadə edir. Məhz bu səbəbə görə Yaponiya İranla hər hansı bir əlaqə qurmaqdan imtina edir.

Qeyd edək ki, İranda qaldırıcı kranlar vasitəsi ilə insanların edam edilməsi adi haldır. İran edam edilən şəxsin meyitini uzun müddət kranda asılı vəziyyətdə saxlayır və bununla da insanlarda xof yaratmağa çalışır. Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar