SON XƏBƏRLƏR

Ermənilərin çayla Azərbaycana göndərdiyi partlayıcı oyuncaq 13 yaşlı uşağın həyatına son qoydu

2021.10.20, 07:36
Ermənilərin çayla Azərbaycana göndərdiyi partlayıcı oyuncaq 13 yaşlı uşağın həyatına son qoydu

Gunaz.tv

GünAz TV: Tovuz rayonunun (şəhrinin) Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində dəhşətli hadisə baş verib.

Ermənistan tərəfdən çay vasitəsilə Azərbaycan ərazisinə göndərilən oyuncaq 13 yaşlı qızın həyatına son qoyub. Bu barədə Tovuz rayon Polis İdarəsinin rəisi Vaqif İsmayılov Gün.Az-ın bölgə müxbirinə məlumat verib.

Məlumata əsasən, Tovuz rayonu Əlibəyli kənd sakini 1995-ci il təvəllüdlü Elsevər Cəfərov çaydan gəlincik tapıb. O, həmin oyuncağı evlərinə gətirərək, masanın üstünə qoyub. Bu zaman onlara Sankt-Peterburqdan qonaq gəlmiş 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı masanın üstündəki həmin gəlinciklə oynamağa başlayıb.

Oyuncaq dünən saat 15:30 radələrində partlayıb. Hadisə nəticəsində Aygün dünyasını dəyişib, anası 1979-cu il təvəllüdlü Şahmalıyiva Elmira Məmmədtağı qızı xəsarət alıb.

Hal-hazırda oyuncağın tərkibinin tədqiqatı aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar