SON XƏBƏRLƏR

Terrorçularla atışmada 13 türk əsgəri şəhid olub

2021.10.20, 07:36
Terrorçularla atışmada 13 türk əsgəri şəhid olub

Gunaz.tv

GünAz TV: Türkiyənin Diyarbəkir vilayətində təhlükəsizlik qüvvələri ilə bir qrup terrorçu arasında atışma baş verib.

APA-nın İHA agentliyinə (ajansına) istinadən verdiyi xəbərə görə, atışma nəticəsində 13 türk əsgəri şəhid olub, 7 əsgər isə yaralanıb. Bildirilir ki, 5 terrorçu öldürülüb.

 Hadisə Diyarbəkirin Dolapdərə kəndi yaxınlığında baş verib. Təhlükəsizlik qüvvələri bölgədə axtarış aparan zaman bir qrup PKK terrorçusu ilə üz-üzə gəlir. Yaralanan əsgərlər vertolyotla (helikopterlə) Diyarbəkir hərbi xəstəxanasına yerləşdirilib.

Terrorçu qrupunun zərərsizləşdirmək məqsədilə bölgəyə çox sayda əsgər gətirilib. Qarşıdurmanın yaşandığı dağlıq və meşəlik əraziyə havadan vertolyotlar vasitəsilə desant (özəl qrup) yeridilib.

Bölgəyə yaxın ərazilərdə təhlükəsizlik qüvvələri tərəfindən axtarış aparılır. Türkiyə hərbiçilərin geniş miqyaslı əməliyyatı davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar