SON XƏBƏRLƏR

Məhkəmə Hadi Həmidi Şəfiq barəsində həbs və şallaq qərarı çıxarıb

2021.10.20, 07:36
Məhkəmə Hadi Həmidi Şəfiq barəsində həbs və şallaq qərarı çıxarıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-əmədəni fəal Təbriz məhkəməsinin 104-cü şöbəsi tərəfindən 6 ay həbs və 60 zərbə şallağa məhkum edilib.

 

Məhkəmə sözü gedən hökmü müttəhim və onun vəkilinin olmadığı bir halda çıxarıb.

 

Həmidi Şəfiq 2011-ci il may ayının 1-i (1390-cı il ordibeheşt ayının 11-i) “Traxtur-Səba” furbol yarışında sonra tutuqlanıb və bir müddət işgəncə və sorğu-sualdan sonra may ayının 17-də (ordibeheşt ayının 27-də) mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Xatırladaq ki, Hadi Həmidi 2006-cı il may hadisələri zamanı  (1385-ci il xordad hadisələri) 2 dəfə tutuqlanıb və 17 ay həbsdə qalıb. O azadlığa buraxıldıqdan sonra universitetdən uzaqlaşdırılmışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar