SON XƏBƏRLƏR

Anaxanım Hüseynova: “Danimarkada birliyə dayanan Azərbaycan icması fəaliyyət göstərir”

2021.10.20, 07:36
Anaxanım Hüseynova: “Danimarkada birliyə dayanan Azərbaycan icması fəaliyyət göstərir”

Gunaz.tv

GünAz TV: Danimarkada güclü Azərbaycan diasporu fəaliyyət göstərir və bununla yanaşı birgə fəaliyyət istiqamətində işlərimizi gücləndirməliyik.

 

Bu sözləri GünAz TV mətbuat mərkəzinə Danimarka Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Anaxanım Hüseynova bildirib.

 

“Bu gün Danimarkada az sayda soydaşlarımızın yaşamasına baxmayaraq onlar təşkilatlanırlar və ümummilli məsələlərdə birgə addımlar atırlar. Danimarka ictimaiyyətində ölkəmiz haqqında informasiya getdikcə artır. Qarabağ həqiqətləri, Xocalı faciəsinin tanıdılması istiqamətində güclü tədbirlərimiz keçirilir. Xüsusilə, Azərbaycanın “2011 Eurovision”da qələbə qazanması diaspor təşkilatlarımızı böyük mənəvi dəstək oldu”-deyə, Anaxanım Hüseynova qeyd etdi.

 

“Bundan sonra da Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətlərimizi gücləndəndirəcəyik”-deyə, birliyin sədri bildirdi.

Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar