SON XƏBƏRLƏR

AMDEP ilə GAİP arasında əməkdaşlıq sazişi imzalanıb

2021.10.20, 07:36
AMDEP ilə GAİP arasında əməkdaşlıq sazişi imzalanıb

Gunaz.tv

GünAz TV: 12 iyul (July) 2011-ci il tarixində Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AMDEP) qərargahında AMDEP ilə Güney Azərbaycan İstiqlal Partisi (GAİP) arasında əməkdaşlıq sazişi imzalanıb.

Sazişdə göstərilir ki, Azərbaycan Milli Demokrat Partiyası (AMDEP) və Güney Azərbaycan İstiqlal Partisi (GAİP) aşağıda göstərilən məsələlər üzrə eyni baxışları paylaşırlar:

1. Güney Azərbaycan türklərinin milli hüquqlarının, o cümlədən, bağımsızlığının millətin demokratik istəklərinə əsaslanaraq uyqulanması.

2. Güney Azərbaycan türklərinə qarşı diskriminasiya və ayri-seçkiliyin (milli mənsubiyyətə görə məhdudiyyətlər və aşağılanma), zorakı assimilyasiya siyasətinin (türk milli özünüdərkinin yasaqlanması, farslaşdırma siyasəti və i.a.) dayandırılması.

3. Güney Azərbaycan türklərinin milli hüquqları uğrunda sivil vasitələrlə mübarizə aparan milli fəallara qarşı amansız repressiyalara (sərkublara) qeyd-şərtsiz son qoyulması.

4. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının (Cümhuriyyətinin) ərazilərindən, o cümlədən, Dağlıq Qarabağdan işğalçı qoşunların qeyd-şərtsiz çıxarılması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası.

5. Rəsmi Tehranla işğalçı Ermənistan arasında hər türlü işbirliyinin dayandırılması.

6. Bütöv Azərbaycan amalının gerçəkləşməsi. 

          Sazişdə vurğulanır ki, yuxarıda sadalanan prinsiplərə (əsllərə, ilkələrə) əsaslanaraq Azərbaycan Milli Demokrat Partiyası (AMDEP) və Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) Azərbaycan Türklüyünün Milli və Dövlətçilik mənafelərini və bəşəri dəyərləri əsas tutub, Azərbaycan Respublikası qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində Dünya Azərbaycan türklərinin milli hüquqlarının və insan haqqlarının müdafiəsi yönündə əməkdaşlıq sazişi bağlayırlar. Bu əməkdaşlıq Dünya Azərbaycan türklüyünün təbii və qanuni hüquqlarının bərpası məqsədini güdür və üçüncü tərəflərin hüquqlarına qarşı deyildir.

          Əməkdaşlıq barədə saziş AMDEP sədri Tufan Kərim, Güney Azərbaycan İstiqlal Partisi tərəfindənsə GAİP səlahiyyətli nümayəndəsi Saleh Ildırım tərəfindən imzalandı.

          Rəsmi imzalanma mərasimində AMDEP Siyasi Şura üzvləri, GAİP konseptual (kavramsal) məsələlər üzrə sorumlusu Nəbi Soytürk iştirak etmişlər.

Azərbaycan Milli Demokrat (Bozqurd)  Partiyasının İdeologiya, Mətbuat                                                                                 və İnformasiya Bölümü  

12 iyul 2011-ci il    

                                                 

  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar