SON XƏBƏRLƏR

Şahrux Zamani Təbriz zindanına köçürülüb

2021.10.20, 07:36
Şahrux Zamani Təbriz zindanına köçürülüb

Gunaz.tv

GünAz TV: Şahrux zamanı 34 gün təknəfərlik kamerada (sellulda) saxlanıldıqdan sonra Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasından, bu şəhərin zindanına köçürülüb.

 

Boyacı işçilər sindikası heyətinin üzvü soydaşımız Şahrux Zamani bir həftə saxlanıldıqdan sonra, qanunsuz olaraq həbs edildiyinə görə, Aclıq Aksiyasına (etisabe ğəza) başlamışdır.

 

Məlumata görə, Cənab Zamani Təbriz zindanına köçürüldükdən sonra başqa məhbusların xahişi ilə aclıq aksiyasını dayandırıb.

 

GünAz TV mətbuat mərkəzinin “işçilərin hüquqlarının müdafiə ocağı”na istinadən yaydığı məlumata görə, Hələlik heç bir ittiham cənab Zamaniyə bildirilməyib.

 

Adı çəkilən soydaşımız 2011-ci il iyun ayının 8-də (1390-cı il xordad ayının 18-də) Tehrandan Təbrizə gələrkən yolda tutuqlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar