SON XƏBƏRLƏR

Səkinə Məhəmmədi Aştiyaninin işində hər hansı dəyişiklik yoxdur

2021.10.20, 07:36
Səkinə Məhəmmədi Aştiyaninin işində hər hansı dəyişiklik yoxdur

Gunaz.tv

GünAz TV: İranın Şərqi Azərbaycan əyalətinin prokuroru (dadistanı) Malik Əjdər Şərifi jurnalistlərə açıqlamasında zina və qətldə günahlandırılaraq daşqalağa məhkum edilmiş təbrizli qadın Səkinə Məhəmmədi Aştiyanidən danışıb.

 

Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhəridir.

 

Səkinə Məhəmmədi Aştiyani 5 ildən çoxdur həbsdə saxlanır. O, əvvəlcə zinada, sonradan həm də ərinin qətlində iştirakda günahlandırılıb və daşqalaq yolu ilə edama məhkum olunub. Səkinə ona qarşı irəli sürülmüş ittihamları rədd edir.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, iyulun (July) 13-də jurnalistlərə açıqlamasında Malik Əjdər Şərifi deyib ki, Səkinə Məhəmmədi Aştiyaninin tez-tez ailə üzvləri ilə görüşməsinə icazə verilir, o hətta son vaxtlar anasının yas mərasiminə qatılması üçün qısa müddətə evə də buraxılıb.

 

Prokuror bildirib ki, Səkinə hazırda Təbrizin mərkəzi zindanında saxlanır: “Xarici mediada yayılan bəzi yalanlara baxmayaraq müttəhim Səkinə sapsağlamdır və fiziki baxımdan problemi yoxdur. Onun da digər məhbuslar kimi hüquqları qorunur. Səkinənin işi hazırda İran Məhkəmə Sistemindədir. Onun işində hələlik hər hansı dəyişiklik edilməyib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar