SON XƏBƏRLƏR

Suriya dosyesi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında

2021.10.20, 07:36
Suriya dosyesi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında

Gunaz.tv

GünAz TV: Beynəlxalq Atom Enerjisi Agentliyi məsuliyyətlərini yerinə yetirmədiyi və təşkilatla əməkdaşlığı rədd etdiyi üçün Suriya dosyasını  BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasına həvalə edib.

Təşkilatda keçirilən səsvermədə 17 ölkə qətnamənin lehinə, 6 ölkə əleyhinə səs verib, 11 ölkə isə bitərəf qalıb.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Təhlükəsizlik Şurasının bugünkü toplantısında Suriyanın nüvə proqramı müzakirə ediləcək.

Beynəlxalq Atom Enerjisi Təşkilatının hesabatında Dəməşq hökumətinin nüvə proqramları ilə bağlı etimad doğurmadığı bildirilib.

Təşkilat Şimali Koreya tərəfindən inşa edildiyi iddia edilə Deir-Elzor bölgəsindəki təsislə bağlı məlumat toplamaq məqsədilə son 3 ildir Dəməşqlə anlaşmağa çalışırdı.

Qərb ölkələri 2007-ci ildə İsrail təyyarələri tərəfindən vurulan obyektin (təsisatın) nüvə silahı əldə etmək məqsədilə inşa edildiyini bildirrilər.

Təhlükəsizlik Şurasının bugün keçiriləcək gizli toplantısında da xüsusilə ABŞ (Amerika Birləşmiş Ştatları), İngiltərə və Fransanın sanksiya (təhrim) qərarı qəbul edilməsi üçün səy göstərəcəyi gözlənilir.

Şurada veto haqqı olan Rusiya və Çin isə sanksiya qərarına qarşıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar