SON XƏBƏRLƏR

Prezident Obama Qarabağdan danışıb

2021.10.20, 07:36
Prezident Obama Qarabağdan danışıb

Gunaz.tv

GünAz TV: ABŞ (Asmerika Birləşmiş Ştatları) prezidenti Barak Obama Vaşinqtonun Dağlıq-Qarabağ münaqişəsində tərəflərin çərçivə razılaşmasına nail olmaq niyyətini təsdiqləyib.

GünAz TV mətbuat mərkəzinin “Qafqazinfo”-ya istinadən yaydığı məlumata görə, bu barədə Obama Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün gedişində bildirib. Bundan əlavə, ABŞ prezidenti Rusiyanın Liviyadakı (Libidəki) böhranın siyasi həllinə nail olmaq üçün göstərdiyi vasitəçilik səylərini dəstəklədiyini qeyd edib. O, həmçinin Müəmmar Qəddafinin siyasi səhnədən gedəcəyi və Liviyada demokratik dəyişikliklərə səbəb olacaq danışıqları dəstəkləməyə hazır olduğunu vurğulayıb. Obama və Lavrov İranın nüvə proqramı ilə öz öhdəliklərini yerinə yetirməməsi, həmçinin Suriya və Yəməndə siyasi dəyişikliklərdə beynəlxalq ictimaiyyətin rolu məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, Rusiyanın xarici işlər nazirinin ABŞ-a səfəri çərçivəsində Dmitri Medvedyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son təkliflərini Obamaya təqdim etməli idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar