SON XƏBƏRLƏR

Amerikanın Ermənistandakı səfirliyinə namizəd “soyqırımı” ifadəsini işlətmədi

2021.10.20, 07:36
Amerikanın Ermənistandakı səfirliyinə namizəd “soyqırımı” ifadəsini işlətmədi

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin ANS PRESS-ə istinadən yaydığı xəbərə görə, ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti tərəfindən Ermənistandakı səfir vəzifəsinə namizəd irəli sürülmüş diplomat Con Heffern Senatın beynəlxalq əlaqələr Komitəsindəki dinləmələrdə “erməni soyqırımı” ifadəsini işlətməyib.

O, senator Robert Menendezin sualına cavabında bildirib ki, soyqırımının xarakteristikasını (elmi irca, ricu) vermək siyasi qərardır.

“Mən sizinlə razıyam ki, 1915-ci ildə Osmanlı imperiyasında 1,5 milyon erməni öldürülüb, kütləvi qətllər olub, etnik təmizləmə və ermənilərin zorla deportasiyası (deport) halları baş verib. Lakin soyqırımı xarakteristiukasını vermək siyasi addımdır. ABŞ prezidenti Osmanlı imperiyasında baş verən dəhşətli hadisələri tanıyıb və pisləyib. O, aprelin 24-dəki çıxışında Osmanlı imperiyasında ermənilərin kütləvi qətlini 20-ci əsrin ən dəhşətli cinayətlərindən biri adlandırıb”, - Con Heffern deyib.

 

Diplomatın sözlərinə görə, Birləşmiş Ştatlar Ermənistan və Türkiyə arasında tarixi faktların (gərçəklərin) hərtərəfli və ədalətli şəkildə tanınması istiqamətində səyləri gələcəkdə də dəstəkləyəcək.

 

Nyu-Cersidən olan olan senator Robert Menendez isə deyib ki, “soyqırımı” ifadəsini işlətmək iqtidarında olmadığı əvvəlcədən bəlli olan diplomatı Ermənistana göndərmək çətindir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar