SON XƏBƏRLƏR

Suriyada kölgə hökuməti qurulur

2021.10.20, 07:36
Suriyada kölgə hökuməti qurulur

Gunaz.tv

GünAz TV: Uzun bir müddətdən bəri Suriyadakı hadisələrə sakit mövqe sərgiləyən Almaniya Əsəd rejimini dinc aksiyaları (yürüşləri) qanlı şəkildə yatırmasına görə xəbərdar edib.

Almaniya BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının üzvlərini Suriyaya qarşı tətbiq olunacaq sanksiyalara (təhrimlərə) mane olmamağa çağırıb. Xarici işlər naziri Quido Vestervelle Əsəd hakimiyyətinin  öz xalqına qarşı amansız addımlarını qəbulolunmaz adlandırıb.

GünAz TV mətbuat mərkəzinin “Azadlıq qəzeti”nə istinadən yaydığı məlumata görə, Suriya müxalifəti isə yaxın günlərdə kölgə hökumətinin qurulacağını bəyan edib. Müxalifət təmsilçisi Heysəm Elmah bildirib ki, Əsəd ailəsinin hakimiyyəti sona çatmaq üzrədir. Ölkədə yarancaq hakimiyyət böhranını önləmək üçün kölgə kabinetinin qurulması vacibdir. Beynəlxalq ictimaiyyəti Suriya hakimiyyətinin zəfilədilməsi üçün siyasi və iqtisadi təzyiqləri artırmağa çağıran Elmah Əsəd ailəsinin beynəlxalq məhkəməyə çıxarılmasının da lazım olduğunu söyləyib.

İordaniyada isə Suriyadakı etirazları dəstəkləyən ilk xalq komitəsi qurulub. İordaniyada nəşr olunan “Əs Səbil” qəzetinin xəbərinə görə, xalq komitəsinə bu ölkənın tanınmış yazarları, siyasi xadimləri, sənətçi və insan haqlarını müdafiə edən ictimai fəallar qoşulub. Ərəb Birliyinin baş katibi Nəbil əl Ərəbin Dəməşqə səfər edərək  Suriya diktatoru Bəşər Əsədlə görüşəcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar