SON XƏBƏRLƏR

İranın qoyduğu şərt rədd edildi

2021.10.20, 07:36
İranın qoyduğu şərt rədd edildi

Gunaz.tv

GünAz TV: İranın xarici işlər naziri Beynəlxalq Atom Enerjisi Agentliyinin (ajansın)  baş direktoru ilə görüşüb.

İranın xarici işlər naziri Əli Əkbər Salehi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Yukiya Amano ilə görüş keçirib. Görüşdən sonra nazir bildirib ki, agentlik İranın güman edilən nüvə silahının yaradılmasına dair məhvi proqramın olub-olmamasının yoxlamağını dayandırsa, rəsmi Tehran agentliklə daha sıx əməkdaşlıq etməyə hazırdır. Agentlik isə bu şərti yerinə yetirməkdən imtina edib. Qurum artıq İranı onun güman edilən proqramının araşdırılmasına maneələr törətməkdə ittiham edib ki, bu da İranın nüvə proqramı ilə bağlı beynəlxalq gərginliyin əsas səbəbidir.

Əli Əkbər Salehi isə bəyan edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi araşdırmasına son qoysa, İran bu təşkilatla əvvəlkindən də sıx əməkdaşlıq etməyə hazırdır.

Qeyd edək ki, rəsmi Tehran təşkilatın baş direktoru Yukiya Amanonu ona qarşı ittihamlar sürərək ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) tərəfini saxlamaqda ittiham edib. Agentlik isə araşdırmanın İranın dörd il bundan qabaq razılığını vermiş plana (tərhə) əsaslandığını bildirərək araşdırmanın aparılmasına üç ildir ki, imkan verilmədiyini deyib. İran, öz növbəsində, bəyan edib ki, araşdırma iş planındakı şərtlərə uyğun gəlmir və planda qeyd olunan bütün məsələləri cavablandırıb. Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar