SON XƏBƏRLƏR

Diktator ölkəni tərk etməyə hazırdır

2021.10.20, 07:36
Diktator ölkəni tərk etməyə hazırdır

Gunaz.tv

GünAz TV: Fransa xarici işlər naziri Alen Jüpe, Qəddafinin vəzifəsini buraxmağa və ölkəni tərk etməyə hazır olduğunu söyləyib.

NATO, Liviyaya (Libiyə) qarşı hava hərəkatını davam etdirərkən, əməliyyata rəhbərlik edən Fransa gözlənilməz açıqlama verib.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Fransa xarici işlər naziri Alen Jüpe, Qəddafinin vəzifəsini buraxmağa və ölkəni tərk etməyə hazır olduğunu söyləyib.

Liviyadakı vəziyyətin həll yolları axtarışı çərçivəsində isə bəzi ittifaq üzvü olan ölkələrin adı gizli saxlanılan nümayəndələri, paytaxt Tripolidə (Trablosda) Liviyalı rəsmilərlə bir araya gələcək.

Hava hərəkatına başçılıq edən Fransa, problemin həlli üçün diplomatik sahədəd də böyük səy göstərir.

Fransa xarici işlər naziri Alen Jüpe, Fransanın dövlət radiosuna verdiyi açıqlamada, Liviyalı rəsmilərlə gizli danışıqların davam etdiyini söyləyib.

Qəddafinin hakimiyyətdən ayrılaraq ölkəni tərk etməyə hazır olduğunu söyləyən Fransalı nazir, "Liviya ilə daim əlaqə saxlaydıqlarını, yalnız Fransa ilə deyil, Türk və Amerikalı rəsmilərlə də görüşdüklərini, Qəddafinin ölkəni tərk etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, artıq problem Qəddafinin getməsi deyil, bunun nə zaman və necə olacağıdır .

Bu arada, Qəddafi qüvvələri ilə Liviyalı müxalifətçilər arasında qarşıdurmalar da davam edir. Misurataya təşkil edilən hücumda, 8 üsyançının ödlüyü bildirilir.   

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar