SON XƏBƏRLƏR

Türkiyədən Avropa Birliyini xəbərdarlıq

2021.10.20, 07:36
Türkiyədən Avropa Birliyini xəbərdarlıq

Gunaz.tv

GünAz TV: “Əgər 2012-ci ilin iyuluna (July) qədər Avropa Birliyinə sədrlik birtərəfli qaydada Kiprin (Qıbrısın) yunan hissəsinə keçəcəksə, Türkiyə Avropa Birliyi ilə əlaqələri donduracaq”.

GünAz TV mətbuat mərkəzinin “Qafqazinfo”-ya istinadən yaydığı məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. O, 2012-ci ilin iyuluna kimi, AB-nə (Avropa Birliyinə) sədrliyin Kipr Respublikasına (Cümhuriyyətinə) keçdiyi zaman probleminin tamamilə həllinin vacibliyini vurğulayıb: “Bu baş verməyəcəyi, yəni Kiprin yunan hissəsinin danışıqları uzadacağı və sədrliyin ona keçəcəyi təqdirdə bu yalnız münaqişənin həllinin mümkünsüzlüyünü deyil, həm də Türkiyə ilə AB arasında əlaqələrin dondurulmasına səbəb olacaq”. Davudoğlu Avropa Qonşuluq siyasəti və genişlənmə üzrə komissar Ştefan Fyulenə açıq şəkildə göndərdiyi bəyanatda bildirib ki, bu baş verəcəyi halda Türkiyənin AB-i ilə əlaqələrini davam etdirəcəyini şübhə edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar