SON XƏBƏRLƏR

Güney Azərbaycan İstiqlal Partiyasının sədri Bakıda mətbuat konfransı keçirib

2021.10.20, 07:36
Güney Azərbaycan İstiqlal Partiyasının sədri Bakıda mətbuat konfransı keçirib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sözcüsü  Saleh Ildırım Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahında mətbuat konfransı keçirib.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə,  AMİP-in baş katibi Arzuxan Əlizadə bildirib ki, təmsil etdiyi partiya ilə GAİP arasında 2006-cı ildə əməkdaşlığa dair saziş imzalanıb. AMİP bu sazişə sadiq qalaraq Güney Azərbaycan problemini ölkəyə və beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə bir sıra tədbirlər keçirib.

Azərbaycana səfəri ilə bağlı məlumat verən Saleh Ildırım isə Bakıda AMDP, Müsavat Partiyası və AMİP-lə keçirilən görüşlər barədə danışıb. O, AMİP-ə beynəlxalq arenada (ərsə, səhnə) güney məsələsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib və Yeni Azərbaycan Partiyasının rəhbərləri ilə görüş niyyətini açıqlayıb: “Azərbaycan Respublikasında (Cümhuriyyətində) iqtidar-müxalifət fərqi qoymadan dostlarımızla əməkdaşlıq etmək niyyətindəyik. Məqsədimiz Azərbaycanın bütövlüyüdür”.

 

 Saleh Yıldırım Bakıya səfərinin Dünya Azərbaycanlılarının III qurultayına dəvət olunması ilə əlaqəli olduğunu söyləyib: “Bu, Azərbaycan dövlətinin güney məsələsinə münasibətinin göstəricisidir. Həmçinin İrandakı azərbaycançılıq hərəkatına mənəvi dəstəkdir. Təəssüf ki, qurultayda Güney Azərbaycandan olan nümayəndələrə çıxış etmək üçün söz verilmədi. Lakin biz Azərbaycan dövlətçiliyinə xidmət etmək üçün məsuliyyəti öz üzərimizə götürmüşük”.

S. Yıldırım Cənubi Azərbaycanda milli hərəkatın inkişaf etdiyini, yaxın gələcəkdə uğura nail olacağına ümidvar odluğunu da qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar