SON XƏBƏRLƏR

Prezident İlham Əliyev Qarabağ danışıqlarının bəzi məqamlarını açıqladı

2021.10.20, 07:36
Prezident İlham Əliyev Qarabağ danışıqlarının bəzi məqamlarını açıqladı

Gunaz.tv

GünAz TV: İyulun (July) 12-də Nazirlər Kabinetinin iclasında çıxış edən prezident İlham Əliyev Qarabağ nizamlanması ilə bağlı danışıqların son mərhələləri haqqında bəzi məqamları açıqlayıb.

Onun sözlərinə görə, "danışıqlar, demək olar ki, həlledici mərhələyə çatıb".

Prezident Əliyev xatırladıb ki, 2010-cu ilin yanvar ayında Soçidə keçirilmiş Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin 3-tərəfli görüşündə Azərbaycan bildirmişdir ki, yenilənmiş Madrid prinsiplərini (əsllərini)  qəbul edir.

İ.Əliyev qeyd edib ki, həmin prinsiplər, "ilk növbədə, orada işğal edilmiş torpaqlardan Ermənistan işğalçı qüvvələrinin çıxarılmasını nəzərdə tutur".

"5 rayondan (şəhərdən) dərhal, 2 rayondan 5 ildən sonra Ermənistan qoşunlarının çıxarılması və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarına qayıtması nəzərdə tutulurdu".

"Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi də o təkliflərdə var idi. Dağlıq Qarabağla Ermənistan arasında olan dəhlizin fəaliyyət göstərməsi də o prinsiplərdə var idi", - prezident bildirib. Onun sözlərinə görə, Ermənistan ilə Dağlıq Qarabağı birləşdirəcək dəhlizin parametrləri də o prinsiplərin tərkib hissəsi idi.

 

İ.Əliyevin təbirincə, "bölgəyə həm Ermənistan, həm Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsi üçün sülhməramlı qüvvələrin gətirilməsi zəruri idi".

 

"İşğaldan əziyyət çəkmiş bütün insanların əvvəlki məskunlaşma yerlərinə qayıtması da təmin edilməli idi".

 

Azərbaycan prezidenti vurğulayıb ki, baza prinsipləri (əsas əslləri) olan "bu variant (seçənək) qəbul edilə bilər".

 

"Bunun əsasında danışıqlar aparılmalıdır və danışıqların sonunda sülh müqaviləsi hazırlanmalıdır", - İ.Əliyev deyib. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar