SON XƏBƏRLƏR

Əfqanıstan prezidentinin qardaşı qətlə yetirilib

2021.10.20, 07:36
Əfqanıstan prezidentinin qardaşı qətlə yetirilib

Gunaz.tv

GünAz TV: Əfqanıstan prezidenti Həmid Karzainin qardaşı Əhməd Vəli Karzai Qəndahar əyalətində sui-qəsdə məruz qalıb.

“France-Presse” agentliyinin (ajansının) verdiyi məlumata görə, naməlum şəxs Ə. V. Karzaiyə tapançadan atəş açıb. Dövlət başçısının qardaşı hadisə yerində ölüb.

Hadisənin təfərrüatları hələlik bəlli deyil. Qəndahar əyalətinin qubernatoru (valisi) prezidentin qardaşının öldürüldüyünü təsdiqləyib.

Başqa bir məlumata görə, o öz mühafizəçisi tərəfindən qətlə yetirilib.

Qeyd edək ki, ABŞ (Amerika Birləşmiş Ştatları) Mərkəzi Kəşfiyyat İdarəsi Ə. V. Karzainin narkobaron (müxəddir maddələr qaçaqçısı) olduğunu açıqlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar