SON XƏBƏRLƏR

Əhməd Davudoğlu: “Suriya ilə bağlı İranla aramızda ixtilaflar da var”

2021.10.20, 07:36
Əhməd Davudoğlu: “Suriya ilə bağlı İranla aramızda ixtilaflar da var”

Gunaz.tv

GünAz TV: Əhməd Davudoğlu yeni gərginliklər yaşanmaması üçün hər kəsin üzərinə məsuliyyət düşdüyünü deyib.

Türkiyə Xarici işlər naziri Əhməd Davudoğlu Yaxın Şərq səfəri çərçivəsində İranda prezident Mahmud Əhmədinejad, parlament sədri Əli Laricani, xarici işlər naziri Əli Əkbər Salehi və nüvə başmüzakirəçisi Səid Cəlili ilə görüşüb.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Davudoğlu görüşləri haqda açıqlamasında bildirib ki, Suriyadakı üsyanla bağlı İranla Türkiyənin eyni mövqedə olduğu məsələlər kimi, ixtilaflar da var.

Davudoğlu bölgədə məzhəb toqquşması olmaması və yeni gərginliklər yaşanmaması üçün hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar