SON XƏBƏRLƏR

Medvedev və Obama Qarabağı müzakirə ediblər

2021.10.20, 07:36
Medvedev və Obama Qarabağı müzakirə ediblər

Gunaz.tv

GünAz TV: Rusiya və ABŞ (Amerika Birləşmiş Ştatları) prezidentləri Dmitri Medvedev və Barak Obama arasında telefon söhbəti olub.

Dövlət başçıları Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər. Anspressin Rusiya prezidentinin saytına istinadən verdiyi məlumata görə, ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının) Minsk qrupunun həmsədri olan ölkələrin rəhbələri kimi Barak Obama və Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

ABŞ prezidenti rusiyalı həmkarının bu istiqamətdəki səylərini, xüsusilə, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün təşkilini yüksək qiymətləndirib. Həm Rusiya, həm də ABŞ tərəfi Bakı və İrəvan arasında problemin sülh yolu ilə həlli yollarının axtarışlarına yardım məqsədilə gələcəkdə də əlaqələndirilmiş addımların atılmasına əminliyini ifadə edib.

Xatırladaq ki, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtona səfər edib. Səfər çərçivəsində Kremlin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təklifləri də müzakirə ediləcək. Sergey Lavrov Rusiya XİN-in (Xarici İşlər Nazirliyinin) Twitter-dəki səhifəsində yazıb ki, Moskva Azərbaycan və Ermənistan prezidentlərinin cavabını gözləyir. “Razılığa gəlmək vaxtıdır. Biz onların cavabını gözləyirik”, - nazir bildirib. Bizim yol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar