SON XƏBƏRLƏR

Abdulla Gül: “Bu günkü dünyada qapalı rejimlərə yer yoxdur”

2021.10.20, 07:36
Abdulla Gül: “Bu günkü dünyada qapalı rejimlərə yer yoxdur”

Gunaz.tv

GünAz TV: Türkiyə prezidenti Abdulla Gül Bolqarıstana rəsmi səfəri zamanı həmkarı Georgi Pirvanov ilə görüşdən sonra keçirilən mətbuat konfransında avtoritar (müstəbid) ölkə başçılarına xəbərdarlıq ünvanlayıb.

 

O, artıq dünyada qapalı rejimlərə yer olmadığını söyləyib.

 

GünAz TV mətbuat mərkəzinin “Azadlıq radiosu”-na istinadən yaydığı məlumata görə, Liviya (Libi) və Yaxın Şərq regionunda (bölgəsində) baş verən hadisələrə toxunan Abdulla Gül olayların gözlənilməz olmadığını da bildirib:“Baş verənlər əslində sürpriz deyil. Bu günkü dünyada qapalı, avtoritar (istibdadçı) rejimlərə yer yoxdur. Bəzi ölkələrdə avotirtarizm hökm sürsə də xalq qapalı rejimlərdə yaşamaq istəmədiklərini açıq söyləyir. Elə avtirotar liderlər var ki, onlar xalqın dəyişiklik istəklərinə müqavimət göstərməklə mane olmağa çalışırlar. Son hadisələr sübut etdi ki, dirəniş göstərməyin mənası yoxdur. İstənilən halda hər şey xalqın arzusu və iradəsi əsasında olmalıdır. Kim buna dəstək verəcəksə ölkəsindəki gərginliyi yatırmış olacaqdır. Ona görə də biz xalqların demokratikləşmə istəyini və islahatlar tələbini ciddi şəkildə dəstəkləyirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar