SON XƏBƏRLƏR

Ərdəbildə Azərbaycan muğamı səsləndirilib

2021.10.20, 07:36
Ərdəbildə Azərbaycan muğamı səsləndirilib

Gunaz.tv

GünAz TV: Azərbaycanın xalq artisti, professor, tarzən Möhlət Müslümov Ərdəbildə səfərdə olub.

Bu barədə APA-ya məlumat verən tarzən bildirib ki, səfərinin məqsədi ərdəbilli heykəltəraş və xanəndə Vədud Müəzzin 50 illik yubiley (ildönümü) tədbirində iştirak etmək olub. Möhlət Müslümov tədbirdə xüsusi qonaq qismində iştirak edib. O mərasimdə “Segah” muğamını solo (tək) ifa edib. Şeyx Səfi türbəsində keçirilən tədbirdə yubileyi keçirilən şəxs Möhlət Müslümovun müşayiəti ilə “Rast” muğamını da səsləndirib. Daha sonra yubiley konserti xalq artistinin (hünərməndinin) oğlu, tarzən Rüstəm Müslümovun müşayiəti ilə davam edib.

Tarzən bildirib ki, səfər zamanı ona Vədud Müəzzinlə birgə Ərdəbil və Təbrizdə solo-konsertlərinin (infiradi-konsertlərin) təşkili təklif olunub. Konsertlər sentyabrın (September) əvvəlinə planlaşdırılır.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar