SON XƏBƏRLƏR

Təbrizdə xoşagəlməz sərgi keçirilir

2021.10.20, 07:36
Təbrizdə xoşagəlməz sərgi keçirilir

Gunaz.tv

GünAz TV: Təbrizin Elgölu parkında yerləşən yay mədəniyyət sarayında (Fərhəng Səraye Tabestaniye Təbriz) 1945-46-cı illəri əhatə edən tarixi sənədlərdən ibarət sərgi keçirilir.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsindən “Media forum”a verilən məlumata görə, Təbriz bələdiyyəsinin təşkil etdiyi sərgidə Məhəmməd Rza şah ordusunun Azərbaycana hücüm etməsi və ondan sonrakı mərhələlərdə azərbaycanlılara qarşı tutulan divanlar işğalçı rejimin qələbəsi kimi göstərilir: “İndiki İran İslam Respublikası (Cümhuriyyəti) hakimiyyətinin öncəki irqçi rejimlərin Azərbaycan türklərinə qarşı törətdiyi cinayətləri gündəmə gətirərək bunu farsların qələbəsi kimi təbliğ etməsi onların ortaq düşmənçilik mövqeyini sərgiləyir”.

1945-ci ildə Təbrizdə Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Demokrat Firqəsi yaradılıb və Azərbaycan milli hökuməti qurulub. Bir il sonra Qərb, SSRİ (Şurəvi) və İran anlaşması nəticəsində milli hökumət süquta uğradılıb. Milli hərəkatın lideri Seyid Cəfər Pişəvəri SSRİ-yə mühacirətə gələndən sonra müəmmalı avtomobil qəzasında həlak olub.

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar