SON XƏBƏRLƏR

Banqladeşdə Üsyan: Toqquşmalarda ən azı 50 nəfər yaralanıb

2021.10.20, 07:36
Banqladeşdə Üsyan: Toqquşmalarda ən azı 50 nəfər yaralanıb

Gunaz.tv

GünAz TV: Banqladeşdə konstitusiya (Anayasa) dəyişikliyi küçə nümayişlərinə və toqquşmalara səbəb olub.

Xalqı tətilə çağıran qruplarla polis arasında silahlı toqquşmalar baş verib.

Ölkənin 12 siyasi partiyası Konstitusiyadakı "Allaha mütləq inanc və etimad" ifadəsinin çıxarılması qərarına qarşı 30 saatlıq tətil çağırışı edib.

Çağırışa ana müxalifətdəki Banqladeş Milliyyətçi partiyası da dəstək verib.

Paytaxt Dəkkə yaxınlığında toplanan qruplar yollarda barrikadalar (maneələr) qurub, tətilə qarşı çıxan sürücülərin avtomobillərinə hücum edib.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Polis nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edib.

Nümayişçilərlə iqtidar tərəfdarları arasında da toqquşma olub.

Toqquşmalar nəticəsində ən azı 50 nəfər yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar