SON XƏBƏRLƏR

Mahmud Əhmədinejad: “İradlar böyük olsaydı, əleyhimizə istifadə edərdilər”

2021.10.20, 07:36
Mahmud Əhmədinejad: “İradlar böyük olsaydı, əleyhimizə istifadə edərdilər”

Gunaz.tv

GünAz TV: İran İslam Respublikasının (Cümhuriyyətinin) prezidenti Mahmud Əhmədinejad onun hökumətinə qarşı irəli sürülən iddialardan danışıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, iyulun (July) 10-da hökumətin iclasında çıxış edən Əhmədinejad bildirib ki, hökumətə qarşı iradlar olduqca xırda iradlardır: “Ona görə də bu günədək heç kim ondan faydalanaraq əleyhimizə istifadə edə bilməyib. İradlar böyük olsaydı, müxaliflər onu əllərində bayraq edib meydana çıxar, əleyhimizə istifadə edərdilər”.

Əhmədinejad vurğulayıb ki, hökumətin əsas vəzifəsi hər hansı şantaja fikir vermədən ədalət və inqilab ideyalarını gerçəkləşdirmək, xalqa səmimi-qəlbdən xidmət göstərməkdir: “Hökumət üzvləri hər hansı iddia irəli sürmədən və minnət qoymadan xalqa xidmət göstərmək niyyətindədirlər. Onlar yalnız xalqa nökərçilik etmək istəyirlər. Nökərçilik vaxtı başa çatanda onlar iddiasız kənara çəkiləcəklər. Lakin hökumətdə olduqları vaxtda iş görmək üçün bir saniyəni də əldən verməyəcəklər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar