SON XƏBƏRLƏR

İranın hərbi yükü Kiprdə (Güney Qıbrısda) istefalara səbəb olub

2021.10.20, 07:36
İranın hərbi yükü Kiprdə (Güney Qıbrısda) istefalara səbəb olub

Gunaz.tv

GünAz TV: Hərbi bazadakı (nizami payqah) partlayışla bağlı Milli Qvardiyanın (milli qard) komandanı (fərmandehi) da istefa verib.

Bu gün yunan Kiprinin (Güney Qıbrısın) müdafiə naziri Kostas Papakostas və Milli Qvardiyanın komandanı general-leytenant (sipəhbud) Petros Tsalkidis “Evanqelos Florakis” hərbi-dəniz bazasında (payqahında) baş verən və 12 nəfərin ölümünə səbəb olan partlayışla bağlı istefa veriblər. Lent.az-ın “RİA Novosti” agentliyinə (ajansına)  istinadən verdiyi məlumata görə, Kipr prezidenti Dimitris Xristofias onların istefasını qəbul edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Kipr adasındakı “Evanqelos Florakis” hərbi-dəniz bazasında güclü partlayış olub. Araşdırma zamanı məlum olub ki, 2009-cu ildə İrandan qanunsuz şəkildə dəniz yolu ilə aparıldığı üçün müsadirə olunan və həmin vaxtdan indiyə qədər hərbi bazada saxlanılan döyüş sursatı (mühümmat) partlayıb. Partlayış nəticəsində adadakı ən böyük elektrik stansiyasının (niruqahının), hərbi baza yaxınlığındakı “Vasilikos” Elektrik Stansiyasının da işi dayanıb. Yunan Kiprində fəaliyyət göstərən elektrik şirkətinin təmsilçisi Kostas Qavrielides deyib ki, faciənin miqyası çox böyükdür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar