SON XƏBƏRLƏR

Türkiyə parlamentində andiçmə böhranı çözüldü

2021.10.20, 07:36
Türkiyə parlamentində andiçmə böhranı çözüldü

Gunaz.tv

GünAz TV: Türkiyə Böyük Millət Məclisində yaşanan andiçmə böhranını iyulun (July) 11-də həllini tapıb. Böhranı həll etmək üçün iqtidar və müxalifət təmsilçiləri bir araya gəlib.

Bakı vaxtı ilə 12 radələrində hakim AKP və ana müxalifət partiyası olan CHP nümayəndələri arasındakı müzakirələr başlayıb. Görüşdə AKP-dən fraksiya (fraksiyon) rəhbərləri Nurəddin Canikli, Əhməd Aydın, partiya sədrinin müavini Haluk İpək, CHP-dən isə fraksiya rəhbərlərindən Akif Hamzaçebi, Kıkrlareli millət vəkili Turqut Dibək və İstanbul millət vəkili Aydın Ayaydın iştirak edib. Parlamentdə keçirilən görüş zamanı tərəflər birgə bəyanat mətni hazırlayıblar.

Görüşdən sonra CHP-dən olan millət vəkilləri and içmək üçün parlamentə gəliblər. Onların yaxasında ''Egemenlik milletindir'' (Hakimiyyət xalqındır) yazılı kağız nişanlar olub.

Baş nazir Ərdoğan barışığın əldə edilməsinə ''Gözlədiyimiz bu idi. Xeyirli oldu. Gözəl oldu'', - deyə münasibət bildirib. CHP lideri Kılıçdaroğlu isə ''Milli iradəyə duyduğumuz sayğını göstərdik'', - deyə and içmələrinə qiymət verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar