SON XƏBƏRLƏR

İrana qarşı sanksiyalar (təhrimlər) genişlənir

2021.10.20, 07:36
İrana qarşı sanksiyalar (təhrimlər) genişlənir

Gunaz.tv

GünAz TV: Uranın zənginləşdirilməsi və silahlanma proqramlarında iştirak edənlərin ABŞ (Amerika Birləşmiş Ştatları), İngiltərə və Kanadaya girişi qadağan ediləcək.

 

ABŞ, İngiltərə və Kanada nüvə proqramları səbəbilə İran rəsmilərinə tətbiq olunan səyahət qadağasının miqyasını genişləndirməyə hazırlaşır.

 

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, İngiltərənin xarici işlər naziri Uilyam Hagenin yazılı açıqlamasında İranın uranın zənginləşdirilməsi və silahlanma proqramlarında çalışan şəxslərə də səyahət qadağası tətbiq ediləcəyi bildirilib.

 

 Açıqlamada qağadaların İranın nüvə proqramları ilə bağlı fəaliyyət göstərən  elm adamları, mühəndislər və tədarükçü firmaların rəhbərlərinə şamil ediləcəyi deyilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar