SON XƏBƏRLƏR

Dünya xəritəsində yeni dövlət yarandı

2021.10.20, 07:36
Dünya xəritəsində yeni dövlət yarandı

Gunaz.tv

GünAz TV: Cənubi Sudan bir neçə on illik mübarizədən sonra bu gündən müstəqil dövlətə çevrilir. Yeni dövlətin paytaxtı Cuba şəhəridir.

 

Bu ilin yanvarında keçirilən referendumda əhalinin mütləq əksəriyyəti Cənubi Sudanın müstəqilliyinə səs verib. Yeni dövlətin paytaxtı Cubada ölkənin müstəqilliyini elan etməsi ilə əlaqədar bayram tədbirləri başlayıb.

 

 Lakin ekspertlər (karşünaslar) hesab edirlər ki, yeni dövlət dünyanın ən yoxsul ölkələri sırasında olacaq. Ölkə böyük neft ehtiyatlarına malik olsa da, yer kürəsinin ən az inkişaf etmiş dövlətlərindəndir. Cənubi Sudanda hər yeddinci uşaq beş yaşına çatmadan ölür.

 

 Üstəlik şimal qonşusu Sudanla münaqişələrin yaranması potensialı hələ kifayət qədər yüksəkdir. Baxmayaraq ki, Xartum Cənubi Sudanın müstəqilliyini rəsmən tanıyıb. Sudan hakimiyyəti bəyan edib ki, yeni dövlətin vətəndaşları Sudan vətəndaşlığından çıxırlar.

 

 İki ölkə gələcəkdə sərhədlərlə bağlı razılığa gəlməlidirlər. Eyni zamanda, son həftələr ərzində iki ölkənin sərhəd rayonlarında (bölgələrində) zorakılığın artdığı müşahidə olunur. Radio antenn

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar