SON XƏBƏRLƏR

Tikantəpəli (Tikablı) milli-mədəni fəallar ETTELAATa çağırılıblar

2021.10.20, 07:36
Tikantəpəli (Tikablı) milli-mədəni fəallar ETTELAATa çağırılıblar

Gunaz.tv

GünAz TV: ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məsulları Güney Azərbaycanın müxtəlif şəhərlərində milli-mədəni fəalları idarəyə çağırırlar.

 

Keçmiş xəbərlərimizdə çatdırdığımız kimi, bir çox şəhərdən sonra indi də Tikantəpəli (Tikablı) milli-mədəni fəallar ETTELAAT idarəsinə çağırılıblar.

 

Azərbaycanlı fəallar telefon vasitəsi ETTELAATa çağırılıb və bəzi halda onların ailəsi təhdid edilib.

 

ETTELAATa çağırılanların sırasında Tikantəpə universitetinin “Aydın”  dərgisinin keçmiş müdir-məsulu Əli Hidayəti, milli-mədəni fəal Yədullah Dəşti və öyrənci fəal Ramin Rizayinin adları çəkilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar