SON XƏBƏRLƏR

11 Nəfər “Traxtur” taxımı tərəfdarı barəsində məhkəmə hökmü çıxarılıb

2021.10.20, 07:36
11 Nəfər “Traxtur” taxımı tərəfdarı barəsində məhkəmə hökmü çıxarılıb

Gunaz.tv

GünAz TV: Təbrizin ümumi məhkəməsi “Traxtur” futbol taxımının (timinin) 11 nəfər tərəfdarı barədə hökm çıxarıb.

 

Təbrizin ümumi məhkəməsinin 116-cı şöbəsinin hakimi Purmətləb “Traxtur” tərəfdarları Mehdi Qulabi, Behnam Nurməhəmmədi, Vəli Rövşəni, Səid Hüseynzadə, Həsən Nocavan, Hüseyn Purəyaz, Həsən Hüseyni, Kərim Niri, Hamid Vahidhaşimi, Rəhim Qulabi və Rəhim Forini ümumi asayişi pozmaqda suçlayıb. Adını çəkdiyimiz soydaşlarımız təxminən 100 dollar (100 min tümən) cərimə və 20 zərbə şallağa (qamçı) məhkum ediliblər.

 

Qeyd edək ki, adını çəkdiyimiz “Traxtur” tərəfdarları 2010-ci il oktyabr ayının 10-da (1389-cu il mehr ayının 18-də) Təbrizin səhənd stadiomunda (stadionunda) “Traxtur-Neft” müsabiqəsindən sonra tutuqlanıb, bir müddət sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar