SON XƏBƏRLƏR

“Wikileaks” İran-Ermənistan münasibətlərinə dair bir sıra sənədləri ortaya qoyub

2021.10.20, 07:36
“Wikileaks” İran-Ermənistan münasibətlərinə dair bir sıra sənədləri ortaya qoyub

Gunaz.tv

GünAz TV: “Wikileaks” İran-Ermənistan münasibətlərinə dair yaydığı yeni sənəd molla rejiminin anti-müsəlman siyasətini bir daha göstərdi.

Birləşmiş Ştatlar diplomatlarının məxfi sənədlərini açmaqda davam edən “Wikileaks” saytı bu dəfə Ermənistan-İran münasibətlərinə dair bir sıra sənədləri ortaya qoyub. Qalmaqallı saytın hazırladığı sənəddə Dağlıq Qarabağ münaqişəsinə toxunulur. Erməni KİV-ləri (Kütləvi İnformasiya Vasitələri) sənədin ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Bakıdakı sabiq səfiri Enn Dersinin diplomatik xidməti zamanı hazırlandığını bildirir. Ermənistan-İran münasibətləri haqda müfəssəl analizə ön sözü Enn Dersi yazıb.

Xanım Dersi qeyd edib ki, İran problemi ilə məşğul olan səfirlik əməkdaşını 2007-ci ildə Yerevana göndərib. Ermənistan paytaxtında siyasətçilər, iş adamları və mədəniyyət xadimləri ilə görüşən səfirlik əməkdaşının təəssüratlarına əsaslanan diplomat bildirir ki, Yerevanın Tehranla münasibətləri ticarət əlaqələri ilə məhdudlaşmır. Enn Dersi Vaşinqtona göndərilmiş sənəddə ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşının Ermənistanın sabiq təhlükəsizlik naziri David Şahnazaryanla söhbətindən sitat gətirir: “İranla Ermənistanın münasibətləri istər siyasi problemlər, istər təhlükəsizlik məsələləri baxımından ən yüksək səviyyədədir”. David Şahnazaryan ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşına İranın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini belə xarakterizə edib: “İran Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Çünki Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın diqqətini İranın şimalında yaşayan azərbaycanlılardan yayındırmağa xidmət edir. Bu status-kvo (vəziyyət) İrana sərfəlidir”. Enn Dersinin ABŞ-a göndərdiyi məxfi sənəddə erməni ekspertlərin (karşünasların) İranın nüvə proqramına baxışları da yer alır. Beləliklə, “Wikileaks” açıqlamaları bir daha sübut edir ki, İran Qarabağ münaqişəsinin həllində maraqlı deyil, əksinə «status-kvo»nun uzanmasından dividetlər əldə edir. Sarkisyanın (təhrimlərin)  Tehrana ardı-arası kəsilməyən səfərləri, müsəlman ölkəsi olmasına baxmayaraq İranın işğalçı Ermənistanı tam şəkildə dəstəkləməkdə davam etməsi bunu bir daha təsdiqləyir. Yeni sənədlər daim müsəlman aləmində təfriqə salmaqla məşğul olan cənub qonşumuzun əsil simasını göstərir. Kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar