SON XƏBƏRLƏR

İran iraqlı şiələrə silah verir

2021.10.20, 07:36
İran iraqlı şiələrə silah verir

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) baş qərargah rəisi Mayk Mullen İranın iraqlı şiə qruplara yüksək keyfiyyətli silahlar verərək, hərbi dəstəyini artırdığını bildirib.

Lent.az-ın “dünyabulteni”nə istinadla xəbərinə görə, ABŞ silahlı qüvvələrinin ən yüksək rütbəli zabiti İranın 2008-ci ildə iraqlı şiələrə silah yardımını dayandırdığını, lakin bu il yenidən başladığını bəyan edib: “İran bizim əsgərləri öldürən qruplara birbaşa dəstək verir”.

Qeyd edək ki, ABŞ və İraq 2011-ci ildən sonra bu ölkədə az da olsa Amerika əsgərlərinin qalması barədə müzakirələr aparır.

Onu da bildirək ki, 2003-cü ildən bəri ABŞ ordusu İraqda 4 min 471 əsgərini itirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar