SON XƏBƏRLƏR

Azərbaycan Kalaşnikov istehsalı etməyə başlayıb

2021.10.20, 07:36
Azərbaycan Kalaşnikov istehsalı etməyə başlayıb

Gunaz.tv

GünAz TV: Azərbaycan Rusiyanın lisenziyası (mücəvvizi) əsasında AK-74M avtomatlarının (otimatik, müəlsəl) seriyalı istehsalına başlayıb.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, bu barədə hərbi mənbələrdən məlumat verilib.

“Xəzri” adlanan avtomat Rusiyanın istehsalı olan silahlardan bəzi keyfiyyətlərinə görə fərqlənir.

Analoqlarından (oxşarlarından) fərqli olaraq bu silahın üzərinə gecəgörmə cihazları, nişangah, lazer tuşlayıcı, işıqlandırma sistemi və s. yerləşdirmək mümkündür.

“İjmaş” konserninin lisenziyası əsasında istehsal edilən silahın xarici dizaynına da dəyişiklik edilib. Silahın çəkisi dəyişməz qalıb.

Dövlət Müdafiə Sifarişi Proqramına müvafiq olaraq Müdafiə Sənayesi Nazirliyi bu il Müdafiə Nazirliyinə 5 min ədəd AK-74M “Xəzri” avtomatını istehsal edərək təhvil verəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar