SON XƏBƏRLƏR

Urmu zindanında daha 2 nəfər asıldı

2021.10.20, 07:36
Urmu zindanında daha 2 nəfər asıldı

Gunaz.tv

GünAz TV: Məhkəmə məsullarının göstərişi ilə Urmu şəhərinin mərkəzi zindanında iki nəfər məhbus edam edilib.

 

Edam olunanların birinin vəkili bu xəbəri təsdiqləyib. Vəkil bəyan edib ki, dünən (iyulun 7-i , tirin 16-sı) edama məhkum edilmiş Siddiq-N və Mehdi-K dar ağacından asılıblar.

 

Məhkəmə məsulları Edam edilənlərin ittihamını, narkotiklə (müxəddir maddələrlə) əlaqələndiriblər.

 

Xatırladaq ki, edam edilənlər iki gün öncə zindan məsullarının göstərişi ilə zindanın karantininə köçürülmüşdülər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar