SON XƏBƏRLƏR

19 nəfər azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
19 nəfər azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAZ TV: Təbrizin İnqilab Məhkəməsində 19 nəfər azərbaycanlı mədəmi fəalın məhkəmə iclası keçirilib.

 

Məhkəmə iclası keçirilən mədəni fəalların bəziləri mülki vəsiqə qarşılığında azad edilib və bəziləri isə 2-dən 3 həftəyə qədər müvəqqəti həbsdə saxlanımışdılar. Sözü gedən 19 nəfərdən Məhəmməd Tacdehi, Daryuş İbadpur, Cəfər Yavəri, Əkbər Yavəri, Babək Hüseyni, Behruz Fəttahi və Həsən Baqirinin adları bəllidir.

 

Məhkəmə iclası 2011-ci ilin iyul ayının 6-da (1390-cı il tir ayının 15-də) keçirilib.

 

Adını çəkdiyimiz 7 nəfərdən ancaq Behruz Fəttahi və Məhəmməd Tacdehi öz vəkilləri cənab Mahmudi ilə məhkəmə qarşısına çıxıblar.

 

Onların ittihamı sistemin əleyhinə təbliğ, qanunsuz toplaşmaq, qanunsuz qrup yaratmaq və ümumi asayişi pozmaqdan ibarət olub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar