SON XƏBƏRLƏR

Azərbaycan təyyarəsinin "Taliban" tərəfindən vurulduğu bildirilıir

2021.10.20, 07:36
Azərbaycan təyyarəsinin "Taliban" tərəfindən vurulduğu bildirilıir

Gunaz.tv

GünAz TV: "Silk Way" aviaşirkətinə (hava şirkəti, uçaq şirkəti) məxsus olan təyyarənin qəzaya uğrama səbəblərini tədqiq etmək üçün xüsusi komissiyanın (konisiyonun) üzvləri Əfqanıstandadır.

Bunu Trend-ə aviaşirkət direktorunun məsləhətçisi Adil Qasımov bildirib. O, komissiya üzvlərinin hadisə yerinə yollanmağa hazırlaşdıqlarını söyləyib. A.Qasımov komissiyanın işinə Əfqanıstandakı Beynəlxalq Koalisiya (etilaf) Qüvvələrinin də dəstək verdiyini söyləyib.

“Taliban”ın məlumatına görə, Azərbaycan təyyarəsi hərəkatın üzvləri tərəfindən vurulub. Bu barədə Trend-ə Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov deyib.

“İyulun (July) 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj (xədəmə) üzvündən 5-i Azərbaycan vətəndaşı olub, - Şikarov bildirib. - Digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar”.

 “Bütün ekipaj üzvləri həlak olub”, - səfir Əfqanıstanın rəsmi şəxslərinə istinadən deyib.

Diplomatın sözlərinə görə, təyyarədə texniki qüsurla bağlı versiya həqiqətəuyğun deyil. “Texniki baxımdan təyyarə bütün zəruri tələblərə cavab verib və təyyarəni təcrübəli ekipaj idarə edib”, - o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar