SON XƏBƏRLƏR

Libi diktatoruna verilən möhlət başa çatdı

2021.10.20, 07:36
Libi diktatoruna verilən möhlət başa çatdı

Gunaz.tv

GünAz TV: NATO baş katibi Anders Foq Rasmussen Liviya (Libi) lideri Qəddafi üçün “zamanın bitdiyini” söyləyib.

 

Lent.az-ın Türkiyə mediasına istinadla məlumatına görə, o, deyib ki, NATO olmasa, Liviyada qətliam baş verəcək. Keçirdiyi mətbuat konfransında NATO-nun Liviyada əməliyyatlara başladığı mart ayının ortasından indiyədək 2 min 700 hərbi hədəfin məhv edildiyini, bunların arasında 600 tank və topla bərabər, 800 də silah-sursat anbarının olduğunu deyən Rasmussen Müəmmar Qəddafinin iqtidardan getməyə razılıq verdiyi barədə xəbərləri təkzib edib.

 

O bildirib ki, Qəddafinin ətrafındakı qüvvələr güclər hələ də Liviya üçün təhlükə mənbəyi olaraq qalır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar