SON XƏBƏRLƏR

Azərbaycanda yaşayan milli azlıqların dərslik problemi yoxdur

2021.10.20, 07:36
Azərbaycanda yaşayan milli azlıqların dərslik problemi yoxdur

Gunaz.tv

GünAz TV: Təhsil Nazirliyi Azərbaycanda yaşayan milli azlıqları hər il dərs vəsaitləri ilə təmin edir. Ehtiyac yarandıqca, onlar yeni dərslikləri hazırlayır, biz isə çap etdiririk.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı xəbərə görə, bu barədə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bildirib.

Şöbə müdirinin sözlərinə görə, əvvəlki illərdə talış, ləzgi, saxur, avar, ötən il isə udinlər üçün yeni dərsliklər çap etdirilib.

“Növbəti tədris ili üçün isə belə dərsliklərin çapı nəzərdə tutulmur. Çünki lazımi sayda dərsliklərin çapı və yerlərə paylanılması həyata keçirilib. Hələ anbarımızda da bu vəsaitlərdən var. Ehtiyac olarsa, yenə lazımi köməklik göstəriləcək”.

Şöbə müdiri bu il Gürcüstan və Dağıstanda yaşayan azərbaycanlıların da dərs vəsaitləri ilə təminatında heç bir problemin olmayacağını qeyd edib.

“Ümumi dərsliklərin çapında onlar da nəzərə alınıb. Növbəti dərs ilinədək dərslikləri soydaşlarımıza çatdıracağıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar