SON XƏBƏRLƏR

Azərbaycanlı dilçi alimin şübhəli ölümü...

2021.10.20, 07:36
Azərbaycanlı dilçi alimin şübhəli ölümü...

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanlı türkoloq,  arxeoloq (bastanşünas), fotoqraf (əkkas) və görkəmli ingilis dili ustadı cənab Əlaəddin Məlması şübhəli avtomobil qəzasında həyatını itirib.

 

Qəza şahidləri hadisənin şübhəli olduğu və mərhumun qəza nəticəsində öldüyünə dair sübutun olmadığını bildirdikləri halda onun ailəsi də marağlı açıqlama verib.

 

Mərhumun ailəsi bildirib ki, o öz şəxsi işləri ilə bağlı İranın şimal bölgəsinə getmək məqsədi ilə evdən çıxıb. Halbuki, iddia edilən avtomobil qəzası Şiraza yaxın bir yerdə baş tutub.

 

Qeyd edək ki, ustad Əlaəddin Məlmasıdən Azərbaycanın qədim əsərləri və Azərbaycan türkcəsi ilə bağlı 120 cild qiymətli kitab qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar