SON XƏBƏRLƏR

Əlirza Fərşi və Sima Didar barədə yeni xəbər

2021.10.20, 07:36
Əlirza Fərşi və Sima Didar barədə yeni xəbər

Gunaz.tv

GünAz TV: Sistemin əleyhinə təbliğ ittihamı ilə həbs edilən azərbaycanlı cütlük (Əlirza Fərşi və Sima Didar) daha bir yasal (qanuni) hüquqlarından məhrum ediliblər.

 

İran Məhkəmə qanunlarına görə, birinci dəfə qanunu pozduğu səbəbindən həbsə məhkum edilmiş məhbuslar, həbs müddətlərinin yarısını keçirdikləri halda şərti azadlığa buraxıla bilərlər.

 

Adını çəkdiyimiz azərbaycanlı fəallar isə qeyd etdiyimiz şəraitə uyqundurlar  və sözü gedən qanun onlara şamil edilməlidir. Halbuki, Təbriz zindanının hakimi cənab Nəccari anlaşılmaz bir səbəbdən azərbaycanlı fəalların şərti azadlığına qarşı çıxıb.

 

Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəallar şəhid ailəsidirlər. Aşağıda Onların barəsində çıxarılan hökmün təsvirini görə bilərsiniz:

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar