SON XƏBƏRLƏR

Məhəmmədəli Cəfəri: “Məhəmməd Xatəmi sınaqdan çıxmadı”

2021.10.20, 07:36
Məhəmmədəli Cəfəri: “Məhəmməd Xatəmi sınaqdan çıxmadı”

Gunaz.tv

GünAz TV: İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) baş komandanı Məhəmmədəli Cəfəri iyulun (July) 5-də jurnalistlərlə söhbətində keçmiş prezident Məhəmməd Xatəmidən danışıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Məhəmmədəli Cəfəri jurnalistlərdən birinin Məhəmməd Xatəminin yenidən siyasi səhnəyə qatılması ehtimalı haqda sualına belə cavab verib: “Təbii ki, islahatçılar cərəyanına bağlı olan, müəyyən həddi aşmayan şəxslər siyasi arenaya (siyasi ərsə) qayıda, siyasi rəqabətdə iştirak edə bilərlər. Cənab Xatəminin buna nə dərəcədə nail olacağı onun tutduğu mövqedən asılıdır. Məhəmməd Xatəmi son fitnə cərəyanında (2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlar nəzərdə tutulur – red.) sınaqdan çıxmadı. O, fitnə başçılarına (müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi nəzərdə tutulur – red.) qoşulub onlara açıq-aşkar dəstək verdi”.

“Sepah” rəhbəri bildirib ki, xalqın Xatəmini bağışlayacağını güman etmir: “Lakin çərçivələrdən çıxmayanlar yenə fəal şəkildə siyasi rəqabət meydanına qayıda bilərlər”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar